19 C
Baku
Sunday, June 15, 2025

Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 34% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 38,556 milyon ABŞ dolları dəyərində mal idxal edib.

Bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinin məlumatında bildirilir.

Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 34% çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 4 milyard 910,24 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 3,2% çoxdur.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (1 milyard 902,551 milyon ABŞ dolları; 2% az) həyata keçirilib. Onu Afrika ölkələri (833,142 milyon ABŞ dolları; 30 % çox) və Avropa İttifaqı ölkələri (797,702 milyon ABŞ dolları; 4% çox) izləyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər