12 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın Cənub-Şərqi Asiyadan aldığı palma yağı 37% ucuzlaşsa da, idxal düşüb

Azərbaycan keçən il xam palma yağının idxalını 37 faiz azaldıb.

Banker.az xəbər verir ki, 2023-cü ildə Azərbaycana xaricdən 45.57 min tonluq xam palma yağının ekstraktı gətirilib. Bunun da idxal dəyəri $52.34 mln. təşkil edib.

2022-ci ildə Azərbaycan xaricdən 72.56 min ton və ya $115.82 mln. həcmində bu məhsuldan almışdı.

İdxalda əsas payı olan ölkələr 35.55 min tonla ($40.64 mln.) İndoneziya, 10.02 min tonu ($11.7 mln.) Malayziyadan idxal edilib. Öncəki ildən fərqli olaraq Kolumbiyadan palma yağının idxalı dayandırılıb.

Palma yağı 2022-ci illə müqayisədə ötən il daha ucuz olub. Məsələn İndoneziya Azərbaycana bu yağın bir tonunu $1 143-ə satdığı halda, Malayziya $1 167-ə satıb. Bu da müvafiq olaraq illik müqayisədə 26 faiz və 33 faiz ucuzlaşmadır.

2022

2023

 Ton  Miq, min $  Ton  Miq, min $
Cəmi    72,559.10    115,819.08   45,570.20   52,342.51
İndoneziya  56,112.00    86,658.42 35546.71 40643.08
Malayziya  13,469.31    23,357.30 10023.49 11699.43
Kolumbiya    2,977.79      5,803.36 0 0

 

Son xəbərlər
Digər xəbərlər