9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə kəskin artacaq

Azərbaycan hökumətinin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 1 700,6 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 3,3%-inə bərabər olacaq.

Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

2023-cü ildə profisitin kəskin şəkildə (67%) artaraq 2 847,9 mln. dollara və ya proqnozlaşdırılan ÜDM-in 5,2%-inə çatacağı proqnozlaşdırılır.

2024-cü ildə bu göstəricinin 3 209,7 mln. dollara (ÜDM-in 5,5%-i) artacağı, 2025-ci ildə isə 3 057,6 mln. dollara (ÜDM-in 5%-i) azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun enilənmiş proqnozuna əsasən bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7,8%, 2022-ci ildə isə 7,7% təşkil edəcək.

Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 6,9% səviyyəsində profisit yaranacaq. 2022-ci ildə profisit 6,4%, 2023-cü ildə isə 4,5% təşkil edəcək.

Xatırladaq ki, Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 878,4 mln. ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib. 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər