Azərbaycanın Çindən aldığı lity-ion akkumulyatorlarına çəkilən xərci kəskin artıb

2026-cı ilin ilk iki ayında Azərbaycan litiy-ion akkumulyatorlarnın idxal həcmi 13.32% azalsa da, dəyər kəskin şəkildə artaraq 14.04 mln. dollara çatıb.

Banker.az xəbər verir ki, idxalın orta qiyməti 6.08 dollardan 141.17 dollara yüksəlib. Bu seqmentdə idxalın 99%-i Çinin payına düşür.

Litiy-ion akkumulyatorlar əsasən telefonlar, noutbuklar, planşetlər, elektrik avtomobilləri, powerbank-lar və digər portativ elektron cihazlarda istifadə olunan müasir batareyalardır.

Adi qurğuşunlu akkumulyatorların idxalı illik müqayisədə say baxımından 4.87% azalaraq 97 020 ədəd olub. Buna baxmayaraq, dəyər 11.4% artaraq 3.9 mln. dollara yüksəlib. Orta qiymət isə 34.36 dollardan 40.23 dollara qalxıb.

Digər qurğuşunlu akkumulyatorların idxalı 26.16% azalaraq 22 580 ədəd təşkil edib, lakin dəyər 24.53% artaraq 974.99 min dollara çatıb. Orta qiymət 25.61 dollardan 43.18 dollara yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər