2026-cı ilin aprel ayında Azərbaycan 11.1 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.9 milyon ABŞ dolları və yaxud 5 dəfə çoxdur.
2025-ci ilin müvafiq ayında ölkədən 2.2 milyon dollar dəyərində çiyələk ixrac edilmişdi.






