19 C
Baku
Tuesday, September 30, 2025

Azərbaycanın çiyələk ixracından gəliri 51% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 39.7 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 8 ayı ilə müqayisədə 13.4 milyon ABŞ dolları və yaxud 51 % çoxdur.

2024-cü ilin müvafiq ayında ölkədən 26.3 milyon dollar dəyərində çiyələk ixrac edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər