3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın çörək şirkətinin mənfəəti azalıb

“Sumqayıt-Çörək” ATSC 2023-cü ili 353 558 manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 365 080 manat olub ki, bu da illik müqayisədə 3% azalmadır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Sumqayıt-Çörək” ATSC-nin cəmi aktivləri 1 milyon 536 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 5% artıb. Şirkət 2022-ci ilin sonunda 1 milyon 465 min manat cəmi aktivlərə malik idi.

Xatırladaq ki, “Sumqayıt-Çörək” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 762 582 manatdır və qanuni təmsilçisi Əlfüqar Qasımovdur.

Son xəbərlər
Digər xəbərlər