14 C
Baku
Monday, May 6, 2024

Azərbaycanın çörək şirkətinin rəhbərliyi dəyişdirilir

7 iyun 2024-cü il saat 11.00-da “Sumqayıt – çörək” ATSC səhmdarları­nın cəmiyyətin iclas zalında illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Sumqayıt – çörək” ATSC-nin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.

2. Maliyyə-təftiş komissiyasının hesabatı və nəticələrinin təsdiqi.

3. İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi.

4. İdarə heyyəti sədrinin seçilməsi.

5. Maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi.

6. Mənfəətin bölüşdürülməsi və əldə olunmuş xalis mənfəətdən istifa­dənin təyin edilib təsdiqlənməsi.

Ünvan – Sumqayıt şəhəri, Lermontov küçəsi 13-dür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər