OPEC+ alyansının (Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv) ötən gün iclasından sonra Brent markalı xam neftin qiymətini 2020-ci ilin mart ayının əvvəlindəki qiymətə qədər yüksəldə bilib.
OPEC+ ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7.2 mln. barrel azaldılması və OPEC+ nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 500 min barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Bu qərar sonrası treyderlər üçün karbohidrogen məhsulu üçün gələcək prespektivdə optimist baxış yaradır.
London birjasında Brent markalı xam neft fevral (2021) fyuçerslərində bir barreli 0.95 dollar, yəni, 1.95% artmaqla 49.66 dollara yüksəlib. Bu isə son 9 ayın maksimumudur.
Nyu-York birjasında yanvar fyuçersləri üzrə WTI markalı xam neftin bir barreli 46.41 dollar olmuşdur. Bu da sessiya ərzində 0.77 dollar, yəni, 1.69% bahalaşma deməkdir.
2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4.56 mln. barrel, qeyri-OPEC ölkələri isə 2.64 mln. barrel azaldacaqlar.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.