23 C
Baku
Monday, August 4, 2025

Azərbaycanın daha bir poçt markası kolleksiyası “eBay”da satışa çıxarılıb

Azərbaycanın daha bir poçt markası kolleksiyası “eBay” onlayn mağazasında satışa çıxarılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, dünyanın ən nəhəng və milyonlarla istifadəçi auditoriyası olan “eBay”da satışa çıxarılan Azərbaycanın poçt markalarının sayı artır. Müşahidələr göstərir ki, müxtəlif marka kolleksiyalarına maraq çoxdur. Bunun nəticəsidir ki, Azərbaycanın poçt markaları kolleksiyası “eBay” beynəlxalq internet hərracında daha baha qiymətə satışa çıxarılıb. Kolleksiyaya 1992-2009-cu illərdə buraxılan poçt markaları daxildir. Kolleksiyanın satış dəyəri 578.23 Böyük Britaniya funt sterlinqi təşkil edir. Bu, təqribən 1264 Azərbaycan manatına bərabərdir.14565733601061531248_1000x669

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər