13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın depozit qoymaq üçün ən sağlam bankları (Banker.az rəyi)

Redaksiyamıza banklara depozit yerləşdirməklə bağlı gündəlik çox sayda suallar daxil olur. Oxucularımızın çoxu, əldə olan vəsaitlərin sərfəli şərtlərlə etibarlı banka qoymağı haqqında suallar verirlər. Bu sualı cavablandırmaq hazırki durumda göründüyündən kifayət qədər çətindir. Burada həm bankların sağlamlıq kriteriyalarının qiymətləndirilməsi, digər tərəfdən isə depozit şərtlərinin nəzərə alınması vacibdir.

Beləliklə, Banker.az bu təhlili müəyyən subyektiv qüsurlarla olsada aparmışdır.

Təhlildə ilkin olaraq Banker.az bankların sağlamlılıq kriteriyalarını aşağıdakı parametrlər üzrə qiymətləndirmişdir:

  • Hesabatların şəffaflığı və vaxtında ictimaiyyətə açıqlanması
  • Bankın vaxtı keçmiş kreditlərinin onun kredit portfelinə olan nisbəti
  • Bankın həcmini qiymətləndirmək üçün Aktivlərin həcminin nəzərə alınması
  • Bankın öhdəliklərinin həcmi
  • Bankın xalis mənəffəti
  • Bankın ümumi imici və reputasiyası

Qeyd edək ki, yuxarıda qeyd olunan parametrlər üzrə bank 1-5 (5 maksimumdur) şkalası ilə qiymətləndirilmişdir.

Bildirmək istərdik ki, hesabatda daha zəif bank kimi qeyd olunmuş bank reallıqda daha güclü bank olma ehtimalı istisna edilmir. Bu o halda baş verə bilərki, bank hesabatları ictimaiyyətə açıqlamaqdan boyun qaçırır və ya hansısa vacib rəqəmləri gizlədir.

Reytinqdən istifadə qaydası:

Reytinqdə Banker.az qiymətləndirməsi yüksək və eləcədə depozit faiz dərəcəsi  yüksək olan bankı seçmək daha məqsədə uyğundur. Bu həmdə ona görə vacibdirki, reytinqi yüksək olan bankın depozit faizləridə qismən aşağıdır. Banker.az reytinqi bankın sadəcə nə dərəcədə sağlam olmasını göstərir, siz isə həm etibarlılığı həmdə gəlirliliyi düşünməlisiniz.

sss

Son xəbərlər
Digər xəbərlər

9 ŞƏRH

Comments are closed.