22 C
Baku
Monday, June 2, 2025

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6%-i qədər olub.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3.3% çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici, 18 milyard 1,3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1 % az və 9,7 % çoxdur

MənbəReport
Son xəbərlər
Digər xəbərlər