15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanın dövlət büdcəsində ₼218 milyon kəsir yaranıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 412.8 milyon manat, xərcləri isə 26 milyard 630.6 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2.3 % az və 14.8 % çoxdur.

Son nəticədə büdcədə 217.8 milyon manat kəsir yaranıb.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcədə 1 milyard 137.5 milyon manat kəsir, ötən ilin eyni dövründə isə 3 milyard 823.4 milyon manat profisit yaranmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər