19.2 C
Baku
Thursday, May 15, 2025

Azərbaycanın dövlət büdcəsində 3 mlrd. manat profisit yaranıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3%-lik artımdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcə xərcləri isə 10 mlrd. 961,9 mln. manata çatıb. Bu da illik 2% artımdır.

Beləliklə, yanvar-aprel aylarında dövlət büdcəsində 3 mlrd. manat məbləğində profisit formalaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə də büdcədə profisit 2 mlrd. 509,9 mln. manat olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər