1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın dövlət büdcəsində 311 mln. manat qalıq yaranıb

Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2021-ci ilin ilk 8 ayı üzrə 15 milyard 937.5 milyard manat olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Bu da 20220-ci ilin eyni dövrü ilə müqayisədə 0.1% azalma deməkdir.

Cari ilin yanvar-avqust aralığında dövlət büdcəsinin xərcləri 15 milyard 626.8 milyon manat olmaqla 2020-ci ildən 4.5% az olmuşdur.

Beləliklə, ilin ilk 8 ayında dövlət büdcəsinin profisiti (qalığı) 310.7 milyon manat olmuşdur.

Büdcənin profisiti bundan ilin əvvəlindən iyuna ayının sonuna qədər 164.5 milyon və iyulun sonuna qədər 367.7 milyon manat təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər