Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlirləri 2021-ci ilin ilk 11 ayında 22 milyard 725.3 milyon manat təşkil edib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz artım deməkdir.
Dövlət büdcəsinin xərcləri 22 milyard 309.5 milyon manat olmaqla illik müqayisədə 0.7 artmışdır.
Beləliklə, cari ilin ilk 11 ayında respublikanın dövlət büdcəsinin milyon 415.8 milyon manat profisit yaranıb.
Qeyd edək ki, öncəki aya qədər profisit cəmi 49.5 mln. manat idi.