Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti (qalığı) 2021-ci ilin iyun ayında azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqlamalarına istinadən xəbər verir.
2021-ci ilin yanvar-iyun ayları ərzində büdcə gəlirlərinin həcmi 11 milyard 755 milyon manat olmaqla 2.2% illik azalma müşahidə edilib. Dövlət büdcəsinin xərcləri isə illik müqayisədə 1.2% azalma ilə 11 milyard 590.5 milyon manat olmuşdur.
Beləliklə, ilin ilk yarısında dövlət büdcəsində 164.5 milyon manatlıq qalıq (profisit) qeydə alınıb. Bu öncəki aya qədər 368.9 milyon manat həcmində idi.