16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın dövlət istiqrazlarının gəlirliliyi düşməkdədir

12 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106011940 ISIN-li, 60 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 92.0071 AZN (7%) və 99.7204 AZN (4.1%) manat olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.6113 AZN (4.5%) manat, orta ölçülmüş qiyməti 99.1595 AZN (4.3016%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,688,900 manat, yerləşdirilmiş həcmi isə 21,359,600 manat təşkil edilmişdir.

3 illik istiqrazlar üzrə sonuncu hərracda istiqrazların orta qiyməti 4.48% təşkil edirdi.

312312 1

İstiqrazların ödəmə tarixi 8 aprel 2025-ci il.

Hərrac iştirakçıları 13 aprel 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər