8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın dövlət şirkəti ₼18 milyonluq səhmlərini birjaya çıxarır

26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manatlıq olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

2021-ci ilin 4 və 5 noyabr tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının  18,000,000 manat dəyərində olan səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Emissiya prospektinə əsasən 4 noyabr 2021-ci il tarixində səhmlər üstünlük hüququna malik investorlar arasında yerləşdiriləcəkdir, 5 noyabr 2021-ci il tarixində isə yerləşdirilməyən səhmlər digər investorlar arasında növbəti iş günü ərzində yerləşdiriləcəkdir.

Səhmlərin hər biri 1 manat olmaqla 18 milyon ədəd adi adlı sənədsiz səhmləri emissiya ediləcək.

Xatırladaq ki, hüquqi ünvanı Şəmkirdə olan “Zəyəm Texnologiyalar Parkı” ASC metal konstruksiyaların, kənd təsərrüfatı avadanlqıqlarının, dəqiq metal məhsulların istehsalı və quraşdırıllması ilə məşğuldur.

2020-ci ildə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin cəmi əməliyyat gəlirləri 4 milyon 58 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyon 443 min manat və ya 55.2% çoxdur. Xərclər artdığından “Zəyəm Texnologiyalar Parkı” ötən ili 2 milyon 733 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2019-cu ili 513 min manat xalis mənfəət ilə bağlamışdı.

31 Dekabr 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” 17 milyon 231 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 15 milyon 738 min manat cəmi akativlərə malik idi.

Son xəbərlər
Digər xəbərlər