Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsi fond bazarında 2023-cü ilin ilk 5 ayında öncəki ildən daha çox borclanıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ərzində dövlətin 801.58 mln. manat həcmində istiqrazları buraxılıb və bu 2022-ci ilin analoji dövründən 259.82 mln. manat və ya 48% çoxdur.
Dövlət istiqrazlarının orta günlük həcmi 8.53 mln. manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin mayına qədər dövlət istiqrazları üzrə gəlirlilik 1 illik üçün 3% üzərindən 6.44%-ə və 5 illik isə 6%-dən 8.7%-ə qədər yüksəlib.
Uzunmüddətli – 7 illik dövlət istiqrazları son bir ildə emissiya edilməyib.