10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı

Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

Bu barədə  Banker.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çıxış zamanı bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını və cəbhə xətti boyunca iri miqyaslı hərbi təxribatların həyata keçirdiyini vurğulanıb.

Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq məqsədyönlü şəkildə mülki əhalini və infrastrukturu hədəfə aldığı barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirildiyi bildirilib.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğu vurğulandı.

Çıxış zamanı beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT daxil olmaqla, Ermənistanın təhrikedici bəyanatlarına və təcavüzkar əməllərinə adekvat reaksiyanın olmadığı, eləcə də Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edilməsi yalnız işğalçı ölkənin cəzasızlığına yol açan Ermənistanın hazırkı təxribatçı fəaliyyətinə töhfə vermiş olduğu bildirildi.

Atəşkəsə çağırış ilə bağlı bir sıra çıxışlar ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətə çatdırıldı ki, atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir.

Çıxışda zamanı qeyd edilib ki, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.

Çıxışda bir daha bildirildi ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.

Sonda bildirildi ki, nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri və xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək.

Son xəbərlər
Digər xəbərlər