Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 68-ci yeri tutub.
Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının dekabr ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 117-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, dekabr ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 31.44 Mb/saniyədən 32.78 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 22.17 Mb/san- dən 22.72 Mb/san-ə qalxıb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 2 pillə irəliləyərək 68-ci olub. Sabit internetin sürətində isə 3 pillə irəliləyib və 117-ci olub.