2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 51 milyon 899 min ABŞ dolları dəyərində 1 milyon 84 min 703 kVT/saat həcmində elektrik enerjisi ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 48 min (18%) ABŞ dolları və ya 370 min 677 (25%) kVT/saat azalma deməkdir.
Belə ki, ötən ilin eyni dövründə ölkədən 62 milyon 947 min ABŞ dolları dəyərində 1 milyon 455 min 381 kVT/saat həcmində elektrik enerjisi ixrac edilib.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın qeyri-neft sektorı üzrə ixracında 4.05% paya malik olub.