Azərbaycanda elektron ticarət vasitəsi ilə nağdsız ödənişlərin həcmi 2021-ci ilin ilk rübündə 1 milyard 72 milyon manat təşkil edib.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin mart ayı üzrə açıqladığı statistik göstəricilərə istinadən xəbər verir.
İlin ilk rübündə qeydə alınan rəqəmlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 230 milyon manat, yaxud 27% çoxdur.
Mərkəzi Bank açıqlayır ki, e-ticarətdə ödəniş əməliyyatlarının sayı 20 milyon 805 min ədəd təşkil edib. Bunun da 7 milyon 769 min ədədi mart ayının payına düşüb.
Mart ayı ərzində e-ticarət ödənişlərinin həcmi 407 milyon manat olması isə ölkə tarixində tarixi rekord sayılır. İndiyə qədər e-ticarətin ən böyük göstəricisi 2020-ci ilin dekabr ayında 399 milyon manatla qeydə alınmışdı.