“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”.
Bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.