Azərbaycanın fındıq ixracaçtısı bahalaşan qiymətlərlə valyuta gəlirlərini kəskin artırıb

“Agrarco” MMC-nin ixrac gəlirləri 2026-cı ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artıb.

Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı ixrac icmalına əsasən, şirkətin ixrac gəlirləri bu ilin ilk altı ayında 30,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 9,2 milyon ABŞ dolları olub.

Beləliklə, “Agrarco” MMC-nin ixrac gəlirləri illik müqayisədə 21,4 milyon ABŞ dolları və ya 232,6% artıb.

“Agrarco” MMC 2026-cı ilin yanvar–iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan şirkətlərdən biridir.

Qeyd edək ki, “Agrarco” MMC Azərbaycanda fındıq və təzə meyvələrin istehsalı, emalı və ixracı ilə məşğul olan iri özəl aqrar şirkətdir. Şirkətin əsas ixrac məhsulları fındıq, alma və digər meyvələrdir.

Bu ilin ilk yarısında Azərbaycandan fındıq ixracının fiziki həcmi azalsa da, ixrac gəlirləri artıb. Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında ölkədən 8 342 ton fındıq ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% azdır. Buna baxmayaraq, fındıq ixracının dəyəri 76,7 milyon ABŞ dollarından 95,6 milyon ABŞ dollarına yüksələrək təxminən 25% artıb. Bu isə dünya bazarında qiymətlərin yüksəlməsinin ixrac gəlirlərinə müsbət təsir etdiyini göstərir.

2025-ci ildə Türkiyədə yaz şaxtalarının fındıq istehsalına ciddi zərər vurması dünya bazarında qiymətlərin kəskin artmasına səbəb olub. Bu vəziyyət Azərbaycan ixracatçıları üçün əlverişli satış imkanları yaradıb. Nəticədə, Azərbaycandan fındıq ixracının həcmi azalsa da, ixrac gəlirləri əhəmiyyətli dərəcədə yüksəlib. 2026-cı ilin ilk yarısında da bu tendensiya davam edib: fındıq ixracı həcm baxımından 22,5% azalaraq 8 342 tona düşsə də, ixracdan əldə olunan gəlir 25% artaraq 95,6 milyon ABŞ dollarına çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər