16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanın fındıq ixracından gəliri 100 milyon dolları ötdü

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 111 milyon 528 min dollar dəyərində 21 383 ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2022-ci ilin 11 ayında isə Azərbaycandan 97 milyon 485 min dollar dəyərində 18 991 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 14.4% artıb, miqdar ifadəsilə 12.6% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər