Azərbaycanda dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi hazırlanıb.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını ehtiva edən Təlimatlar (Pasportlar) hazırlanıb.
Bundan başqa, Həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları (dividendlər) və büdcə xərclərinin (investisiya, subsidiyalar, borc öhdəlikləri və s.) uçot bazası yaradılmış və illər üzrə fiskal balans hesablanıb.







