8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın Fransadakı səfirliyinin binası hazırda tam şəkildə polis tərəfindən qorunur

Bu gün Baş prokuror Kamran Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, görüşdə sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub. Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər