12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın gündəlik xam neft hasilatı açıqlanıb

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bunun 571,3 min barrelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.

 

 

Son xəbərlər
Digər xəbərlər