Azərbaycanın Gürcüstana satdığı elektrik enerjisi ucuzlaşıb

Azərbaycanın elektrik enerjisini Gürcüstana daha ucuz satır.

Banker.az xəbər verir ki, bu il ən iri elektrik enerjisi alıcısı Gürcüstana hər min kilovat/saatını (kVt-s) təqribən 52 ABŞ dollarına satılıb.

Bu keçənilki qiymətlərdən hər min kVt-s üzrə təqribən 10 dollar və ya 16% daha ucuzdur.

Dövlət Statistika Komitəsinənin məlumatlarına görə, 2024-cü ilin ilk üç rübündə Azərbaycan bu ölkəyə 765.85 mln kVt-s elektrik enerjisi ixrac edib. Bu elektrik enerjisinin dəyəri isə 39.5 mln. dollar olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 48 faiz düşüb. Məsələn, keçən il 1 mlrd. 481.76 mln. kVt-s elektrik enerjisi $90.67 mln. dollara ixrac edilmişdi.

2023-cü ili tam olaraq 1 mlrd. 246 mln. ABŞ dollarında elektrik enerjisi idxal edən Gürcüstan, bunun 1 mlrd. 85 mln. dollarını Rusiyadan, 156 mln. dollarını isə Azərbaycandan idxal etmişdi.

Son xəbərlər
Digər xəbərlər