Bu ilin I rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 15,4 mln. dollar investisiya qoyub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında bildirilib.
Yanvar-mart aylarında Azərbaycanın yatırdığı sərmayələrin Gürcüstanın ümumi birbaşa xarici investisiyalarında payı 5,5% təşkil edib. Azərbaycan sərmayələrin həcmi baxımından qonşu ölkənin 6-cı böyük investoru olub. Ötən ilin I rübü ilə müqayisədə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 41,2 mln. dollar və ya 72% azalıb.
Hesabat dövründə Gürcüstan iqtisadiyyatına, ümumilikdə, 281,1 mln. dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə 6,3% azdır.
Birinci rübdə investisiyaların böyük həcmi sosial və şəxsi xidmətlər fəaliyyəti sahəsi (139,8 mln. dollar), maliyyə sektoru (42,7 mln. dollar) və nəqliyyat sahəsi (28,6 mln. dollar) olub.
Report