2023-cü ildə Gürcüstan Azərbaycana 19.241 milyon ABŞ dolları dəyərində 5 169.23 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 3.724 milyon dollar və ya 16.2%, çəkisi isə 2 529.62 ton və ya 32.85% azalıb.
2022-ci ildə Gürcüstan Azərbaycana 22.965 milyon dollar dəyərində 7 698.85 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonuna çəkilən xərc illik müqayisədə 740 dollar və ya 24.8% bahalaşaraq 3.72 min dollar təşkil edib. 2022-ci ildə isə bu, 2.98 min dollar təşkil edib.