-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 25 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 166,992 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən aylar ərzində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 10,1 % payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 29 % azalaraq 66,374 milyon ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 25,3 % azalaraq 100,618 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın ümumi ixracında Azərbaycan 13,4 % paya sahib olmaqla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında ikinci yeri tutub. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 8,7 % payla qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra IV əsas idxal tərəfdaşı olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər