12 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın «Həyat sığortası bazarının» təhlili

Həyat sığortası bütün sığorta növləri içərisində ən vaciblərindən biridir. Banker.az saytı olaraq sığorta bazarının bu seqmentində vəziyyətin nə yerdə olduğunu araşdırmaq qərarına gəldik. Bazarın ötən ilə nisbətdə nə qədər artım etdiyini cədvəllərdən də görə bilərsiniz. Ötən ilin müvafiq dövrü ilə müqayisədə könüllü həyat sığortası bazarı 156% artdığı halda, icbarı sığorta bazarı cəmi 10% böyümüşdür. Təəssüf ki, sığorta bazarında annuitet və əmək qabiliyyətinin sığortlanması üzrə heç bir dəyişiklik baş verməmişdir. Keçən müddət ərzində bazarın bu seqmentində heç bir sığorta haqqı və ödənişi həyata keçirilməmişdir.

Həyat sığortası üzrə

Sığorta haqları üzrə

Bazarın artımı manatla

Bazarın artımı faizlə

2012-ci il (iyul)

2013-cü il (iyul)

Həyatın ölüm halından sığortası

1,460,489.01

2,713,759.38

1,253,270.37

86%

Həyatın yaşam sığortası

6,975,650.83

18,851,480.29

11,875,829.46

170%

Annuitet sığortası

0.00

0.00

0.00

Əmək qabiliyyətinin sığortası

0.00

0.00

0.00

Sağalmaz xəstəliklərdən sığorta

47,670.48

114775.11

67,104.63

141%

Könüllü həyat sığortası

       8,483,810.32        21,680,014.78

13,196,204.46

156%

İcbari həyat sığortası

17,269,468.14

18,990,085.59

1,720,617.45

10%

Sığorta ödənişlərinin artım dinamikasına gəldikdə isə ümumilikdə ötən illə müqayisədə könüllü sığorta ödənişlərində artım deyil, azalma müşahidə olunub, ödənişlərin miqdarı 84% azalıb. İcbarı sığorta ödənişlərində isə artım 11%-dir. Həyatın yaşam sığortası üzrə ödənişlər 85% artdığı halda, həyatın ölüm halından sığortası üzrə ödənişlərin miqdarında 38 faiz geriləmə qeydə alınıb.

Həyat sığortası üzrə

Sığorta haqları üzrə

Bazarın artımı manatla

Bazarın artımı faizlə

2012-ci il (iyul)

2013-cü il (iyul)

Həyatın ölüm halından sığortası

1,460,489.01

2,713,759.38

1,253,270.37

86%

Həyatın yaşam sığortası

6,975,650.83

18,851,480.29

11,875,829.46

170%

Annuitet sığortası

0.00

0.00

0.00

Əmək qabiliyyətinin sığortası

0.00

0.00

0.00

Sağalmaz xəstəliklərdən sığorta

47,670.48

114775.11

67,104.63

141%

Könüllü həyat sığortası

       8,483,810.32        21,680,014.78

13,196,204.46

156%

İcbari həyat sığortası

17,269,468.14

18,990,085.59

1,720,617.45

10%

  İndi isə həyat sığorta bazarında pay sahibi olan sığorta siniflərini nəzərdən keçirək.

sigortass25

Həyatın ölüm halından sığortası dedikdə, sığortalı və ya sığorta olunan şəxsin vəfat etməsi ilə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutulan sığorta növü başa düşülür.

Həmçinin bəzi sığorta şirkətlərində bu məhsul həyatın müddətli sığortası adı altında yer alır – həyatın müddətli sığortası zaman sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində həyatını dəyişməsi (ölümü) və ya əlillik qrupunun alınması halında faydalanan şəxsə (sığorta olunan, qanun üzrə vərəsə və ya müqavilədə göstərilən digər şəxsə) ödənilir.

Həyatın yaşam sığortası- bu sığorta növü müəyyən olunmuş müddət ərzində sığorta ödənişinin sığorta olunanın sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun müqaviləsinin qüvvədə olduğu müddətdə ölməsi halının sığortasıdır.

İcbarı həyat sığortası – «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Sağalmaz xəstəliklərdən sığorta – sığortalanan şəxsin müəyyən sağalmaz xəstəliyə düçar olması zamanı ona ödənilir . Könüllü sağalmaz xəstəliklərdən sığortada müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunan sağalmaz xəstəliklərdən sığortalanır və sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin 100%-dək ödənilməsi nəzərdə tutulur.

Əmək qabiliyyətinin sığortası – sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Hər hansı səbəbdən ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi bədbəxt hadisə və ya xəstəliklər nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi halında sığorta ödənişi verilir. Bədbəxt hadisə və ya kəskin xəstəlik nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi sığorta olunanın hər hansı bir əmək fəaliyyətlə məşğul olmaq qabiliyyətinin tam və daimi itirilməsidir.

Annuitet – Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilə. Ümumiyyətlə Annuitet istər periodik ödənilən məbləğin alınmasını, istərsə də onun ödənilməsini bildirir.

 

Könüllü həyat sığortası

İcbarı həyat sığortası

Cəm

Sığorta haqları

21,680,014.78

1,8990,085.59

40,670,100.37

Sığorta ödənişləri

1,761,731.54

707,440.44

2,469,171.98

Şirkətlərin bazarda fəallığı

Bununla yanaşı həyat sığortası bazarında hansı şirkətin nə qədər pay sahibi olduğu bilmək də maraqlı olardı. Araşdırmalarımız onu göstərdi ki, bazarın həyat sığortası seqmentində məhz üç şirkət aktivdir, məhz onların topladıqları sığorta haqları həyat sığorta bazarını formalaşdırır. Digər şirkətlərin isə bu sahəyə diqqət yetirməməsi düzü bir az təəccüb doğurur. Bazarda daha böyük paya sahib olan şirkət Paşa Həyat Sığorta şirkətidir, bu il ödənişləri daha çox edən şirkət isə Atəşgah Həyat Sığortadır.

Şirkətin adı

Sığorta haqları

Sığorta ödənişləri

Atəşgah Həyat

16,257,994.15

1,784,891.67

Qala Həyat

6,426,262.73

189,035.59

Paşa Həyat Sığorta

17,985,843.49

495,244.72

  Şirkətlərin bazar payı

sigirtass26

 Lakin hansı şirkətin daha çox sığorta ödənişi etdiyini aşağıdakı diaqramda nəzərdən keçirə bilərsiniz.

sigortass56

Son xəbərlər
Digər xəbərlər