Bu ilin yanvar-mart aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 1,46 mlrd. manatı ötüb.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, əvvəlki ilin müvafiq göstəricisini 45,3% üstələyir.
Cari ilin birinci rübündə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 877,19 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 36,6% çoxdur.
Eyni zamanda, bu gəlirlərin əsas həcmi (877,28 mln. manatı) beynəlxalq yük daşımalarının qalan hissəsi (162,5 min manatı) isə ölkədaxili yük daşımalarının payına düşüb. Bu göstəricilər müvafiq olaraq 36,5% və 81,3% artıb.
Hava nəqliyyatı ilə sərnişindaşımalardan əldə olunan gəlir 168,96 mln. manat təşkil edib ki, bu da illik ifadədə 2,2 dəfəyədək artım deməkdir. Bununla yanaşı, gəlirlərin əsas payı beynəlxalq sərnişin daşımalarının payına – 147,5 mln. manat (artım 2 dəfə), ölkədaxili daşımaların payına isə 21,45 mln. manat (artım 5,5 dəfə) düşüb.
Hesabat dövründə hava nəqliyyatı ilə yük daşımalarının həcmi 152,7 min ton (artım 41%), sərnişindaşımaların həcmi 364,4 min nəfər (artım 3 dəfə) təşkil edib.