18 C
Baku
Wednesday, November 19, 2025

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti 2 yeni “Airbus” yük təyyarəsi alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən “Silk Way West Airlines” (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı “Airbus” ilə iki əlavə “A350F” yük təyyarəsi alışı üzrə müqavilə imzalayıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu, şirkətin A350F üzrə ümumi sifarişini dörd təyyarəyə çatdırır və aviaşirkət isə bunun “donanmanın modernləşdirilməsi ilə dayanıqlı inkişafı gücləndir”diyini bildirib.

Şirkətin prezidenti Volfqanq Mayyer bildirib ki, A350F donanmanın modernləşdirilməsi və karbon izinin azalması ilə yanaşı, qlobal hava yük bazarında lider mövqeyin möhkəmlənməsinə xidmət edəcək. “Airbus”ın kommersiya təyyarələri üzrə icraçı vitse-prezidenti Benua de Sent-Ekzyuperi isə bu sifarişi Azərbaycanın İpək Yolu üzərində qlobal yük mərkəzi kimi rolunu gücləndirən etimad nümunəsi adlandırıb.

A350F sektorda ən böyük əsas yük qapısına malikdir, gövdəsi standart palet və konteynerlər üçün optimallaşdırılıb. Təyyarə 111 ton yük daşıya və 8 700 km məsafəni qət edə bilir. “Rolls-Royce Trent XWB-97” mühərrikləri ilə təchiz edilmiş A350F əvvəlki nəsil təyyarələrə nisbətən yanacaq və karbon emissiyasını 40%-ə qədər azaldır.

“Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2025-ci ilin birinci yarısının yekununda xalis mənfəəti 120 milyon manat təşkil edib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 78 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər