7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın Hindistandakı səfiri dəyişdirildi

Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2023-cü il tarixli sərəncamında deyilir.

Digər sərəncamla, Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər