13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın hotel sənayesi keçən il ₼489 milyon gəlir əldə edib – Rayonlar üzrə SİYAHI

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin keçən il 488.82 milyon manat gəlir əldə ediblər.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə, hotel sənayesi illik müqayisədə gəlirlərini 38% artırıb.

TOP10 ən yuxarı göstəricilər bu rayonlarda qeydə alınıb:

1. Bakı şəhəri: 314.1 mln. manat
2. Qəbələ rayonu: 34.7 mln. manat
3. Qusar rayonu: 25.3 mln. manat
4. Quba rayonu: 22.4 mln. manat
5. Naftalan şəhəri: 13.9 mln. manat
6. Şabran rayonu: 13.3 mln. manat
7. Lənkəran rayonu: 11.4 mln. manat
8. Xaçmaz rayonu: 8.0 mln. manat
9. İsmayıllı rayonu: 6.9 mln. manat
10. Şamaxı rayonu: 6.5 mln. manat

Bununla belə, Qobustan, Samux, Siyəzən, Ucar, Yevlax, Hacıqabul və Neftçala kimi rayonlarda hotel sənayesi yoxdur. Yəni qeyd edilən müddət ərzində 1 qəpik belə gəlir əldə edə bilməyiblər.

Hotellər 2023-cü ildə 390.09 mln. manat xərc çəkiblər ki, bu da ümumilkdə sənayeinin 98.73 mln. manat mənfəət əldə etməsi deməkdir. Öncəki ildə 58.52 mln. manat mənfəət əldə etmişdilər.

325234234

Son xəbərlər
Digər xəbərlər