21 C
Baku
Tuesday, October 8, 2024

Azərbaycanın icbari sığorta bazarı ötən il cüzi artıb

2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 225 milyon 865 min manat həcmində sığorta haqqı yığılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, yığılmış sığorta yığımları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyon 293 min manat və yaxud 0.6% çoxdur.

Bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 86 milyon 412 min manat ödəniş həyata keçirilib. Hesabat dövründə şirkətlər tərəfindən həyata keçirilmiş ödənişlər əvvəlki ilnən müqayisədə 5 milyon 785 min manat və ya 7.2%  artıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar 53 milyon 950 min manat, ödənişlər isə 2 milyon 559 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə ötən il 171 milyon 916 min manat sığorta haqqı yığılıb, 83 milyon 853 min manat həcmində ödəniş edilib. 

İcbari həyat sığortası üzrə  yığımlar illik müqayisədə 12.1% artıb, ödənişlər isə 17.5% azalıb. Qeyri-həyat sığortası növləri üzrə isə yığımlar 2.6% azalıb, ödənişlər isə 8.2% artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər