Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 181 milyon 767 min manat sığorta haqqı toplanılıb.
Banker.az Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.65% çoxdur. Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 82 milyon 122 min manat təşkil edib ki, bu da illik müqayisədə 87% çoxdur.
Azərbaycanda könüllü sığorta üzrə isə bu ilin 8 ayında ümumilikdə 398 milyon 829 min manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 9% çoxdur. Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 257 milyon 744 min manat təşkil edib. Bu isə illik müqayisədə 17.6% çoxdur.