9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43 milyon 480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4 milyard 482,5 milyon manat və ya 11,5 % çoxdur.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icmal büdcənin xərcləri 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,6 milyon manat və ya 7,6 %, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5 milyard 258,5 milyon manat və ya 13 % çoxdur.

İcmal büdcə 2 milyard 111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1 milyard 267 milyon manat və ya 37,5 % azdır.

İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 036 milyon manat və ya 16,9 % artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30 milyon manat (0,4 %) artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcəkdir.

İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 38,9 milyon manat (1,4 %) artırılmaqla 2 milyard 850,3 milyon manat təşkil edəcəkdir.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri təsdiq olunmuş məbləğdə, yəni 238 milyon manat proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 %) artırılmaqla 539,3 milyon manat təşkil edəcəkdir.

Eyni zamanda ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvana çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaq. Bu səbəbdən dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə verilən dotasiyanın məbləği 6,8 milyon manat azaldılıb.

Son xəbərlər
Digər xəbərlər