9 C
Baku
Monday, December 22, 2025

Niderlanddan gətirilən bibər toxumunda virus aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Niderlanddan idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna keçirilən baxış zamanı götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib.

Bbanker.az Agentliyə istinadən xəbər verir ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Son xəbərlər
Digər xəbərlər