Fevralın 5-də “Frankfurt-da Bondacon” beynəlxalq işgüzar məsləhət şirkəti Almaniyada Federal İqtisadi İşlər və Enerji Nazirliyi adından Azərbaycan bazarı haqqında konfrans keçirəcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) yaydığı məlumata görə, mobillik, logistika və infrastruktur sektorlarına yönələn tədbir, xarici şirkətlər arasında Azərbaycanda investisiya imkanları, mövcud çətinliklər və çərçivə şərtləri barədə məlumatlılığı artıracaq.
Tədbirdə “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman son iqtisadi inkişaf, investisiya və biznes mühiti və Azərbaycanda mövcud biznes təcrübələri haqqında təqdimat keçirəcək.
©APA