12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın investisiya şirkətinin səhmdarı dəyişib

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarı dəyişib.

Maliyyə qurumunun səhmlərinin müvafiq olaraq 99%-nə və 1%-nə nəzarət edən Böyük Britaniyanın “Plato Capital International Holding Limited” və Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətləri paylarını yerli investora satıblar.

Yeni səhmdar “Red Block” MMC-dir. Ötən il yaradılmış bu şirkətə Tamerlan Bayramlı rəhbərlik edir. O, həm də “Plato Capital and Co.”nun direktorudur. Başqa sözlə, T.Bayramlı 2 ildir ki, direktoru olduğu investisiya şirkətinin səhmlərini əldə edib.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə “Plato Menecment”ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. Hazırda bu məbləğin 170 400 manat və yaxud 20,9 % artırılaraq 986 400 manata çatdırılması istiqamətində iş gedir. Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1,2 manat olan 142 min yeni səhm buraxılıb. Qiymətli kağızlar qapalı üsulla yerləşdirilib.

Maliyyə qurumu bazarda yeni adla fəaliyyət göstərəcək, başqa sözlə yenidən rebrendinq edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər