Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin 2025-ci ilin yanvar – iyun ayları üzrə dövriyyələri açıqlanıb.
Banker.az xəbər verir ki, 24 milyard 460 milyon manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 1-ci, 17 milyard 774 milyon manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC 2-ci, 2 milyard 892 milyon manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC 3-cü olub.