10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanın İordaniyadakı səfirliyi kommunal xidmətlər üçün vəsaiti dəyərindən artıq rəsmiləşdirib

Ötən il Azərbaycanın İordaniyadakı səfirliyində maliyyə pozuntuları aşkarlanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ildə Azərbaycanın İordaniyadakı səfirliyində aparılan nəzarət tədbiri ilə səfirlikdə mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.

Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər