26 C
Baku
Sunday, June 16, 2024

Azərbaycanın iqtisadi artım tempi sürətlənir

2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80096.4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 0.8 faizlik artım tempi 2023-cü ildə qeydə alınmış ən yuxarı göstəricidir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2.6 faiz artmışdır.

ÜDM istehsalının 42.4 faizi sənaye, 9.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.8 faizi tikinti, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.6 faizi informasiya və rabitə sahələrinin, 17.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 895.0 manata bərabər olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər