Kapital Bank 2022-ci ilin 2-ci rübündə xarici valyuta ilə əməliyyatlardan (məzənnə dəyişməsi daxil olmaqla) 23 milyon 589 min manat gəlir əldə edib.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2021-ci ilin 30 iyun tarixinə isə “Kapital Bank”ın xarici valyuta ilə əməliyyatlardan gəliri 14 milyon 358 min manat olub ki, bu da illik müqayisədə 9 milyon 231 min manat artım və ya 64.3% artım deməkdir.
Bankın bu ilin 6 ayında alınan haqq və komissiyadan gəliri 162 milyon 553 min manat təşkil edib. 2021-ci ilin eyni dövrlərində bu göstərici 121 milyon 156 min manat olub.