25 C
Baku
Sunday, July 7, 2024

Azərbaycanın iri IT şirkəti 2023-cü ildə 26 mln. gəlir, 3 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda informasiya texnologiyaları şirkəti “Caspel” MMC 2023-cü ildə gəlirlərini kəskin artırmaqla xalis mənfəətini böyüdüb.

Banker.az xəbər verir ki, IT şirkəti ötən il 26.55 milyon manat gəlir əldə edib ki, bu da 2022-ci ildə qeydə alınmış 15.57 mln. manatı 10.98 mln. manat və ya 70 faiz üstələmiş olur.

Şirkətin satışlarının maya dəyəri 13.82 mln. manat olmuş, beləliklə, ümumi mənfəət 12.73 mln. manat təşkil edib.

Şirkət 8.62 mln. manatlıq işçidən icarəyə qədər xərcləri əhatə edən ümumi inzibati xərclər çəkib ki, bu 2022-ci ildən cəmi 10 faiz üstündür.

“Caspel”in dövriyyəsindəki yüksək artım tempi ilə müqayisədə onun əməliyyat xərcləri daha aşağı templə artması onun xalis mənfəətinin 3.01 mln. manata yüksəldib. 2022-ci ildə cəmi 0.83 mln. manat xalis mənfəəti vardı.

Şirkətin kapital balansında 2023-cü ildəki xalis mənfəətlə bərabər 0.33 mln. manat bölüşdürülməmiş mənfəət mövcuddur.

“Caspel”in cəmi aktivlərinin həcmi 14.07 mln. manatdır ki, bunun da cəmi 4.75 mln. manatı nağd vəsaitlərdir.

Bununla belə, onun öhdəlikləri 2.19 mln. manat, xalis aktivləri isə 4.49 mln. manatdır.

Xatırladaq ki, “Caspel” MMC 2005-ci ildə təsis edilib, 1.15 mln. manat nizamnamə kapitalı var. Şirkət İKT infrastrukturunun qurulması, idarəolunması və təkmilləşdirilməsi üçün kompleks həllər təklif edir. Onun direktoru Ceyhun Quliyev Məhi oğludur. Namiq Məmmədov isə 2008-ci ildən “Caspel” MMC şirkətində İdarə Heyətinin sədri.

Son xəbərlər
Digər xəbərlər